“Royalbank” cərimələnə bilər

 27-01-2024

“Royalbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 

347-ci maddədə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Royalbank” ASC-nin lisenziyası ləğv edilib. Bank hazırda ləğv prosesindədir.

Bənzər yazılar

0.17680788040161