Bağlanan ağac emalı zavadonun pulu bölünür

 16-01-2024

Ləğvetmə prosesində olan “Mingəçevir Ağac Emalı” ASC qalıq pul vəsaitinin səhmdarlar arasında bölüşdürəcək.

“Ölkə.Az” xəbər verir ki, bölüşdürmə cəmiyyətin 2024-cü il martın 1-i saat 12.00-da baş tutacaq yığıncağında həyata keçiriləcək.

Yığıncaqda həmçinin “Mingəçevir Ağac Emalı” ASC-nin ləğvetmə balansının təsdiq edilməsi, Cəmiyyətin qalıq pul vəsaitinin səhmdarlar arasında bölüşdürülməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması və digər məsələlər müzakirə ediləcək.

Könül
Ölkə.Az

Bənzər yazılar

0.16861486434937