Maliyyə Nazirliyində Çağrı Mərkəzi yaradıldı

 15-01-2024

Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək.

Ölkə.az-a bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.

Bənzər yazılar

0.18066692352295