"Barselona" ulduzundan Ronaldo açıqlaması: Bunu deyən heç nə bilmir, axmaqdır

 05-01-2024

“Barselona”nın yarımmüdafiəçisi Pedri (Pedro Qonzalez Lopez) maraqlı açıqlaması ilə diqqət çəkib.

Ispaniyalı futbolçu “Əl-Nəsr”in hücumçusu, portuqaliyalı superulduz  Kriştiano Ronaldonu tənqid edənlərə sərt reaksiya verib. 

“Onun pis olduğunu söyləyən hər kəs axmaqdır və futbol haqqında heç nə bilmir” – deyə Pedri bildirib.

Xatırladaq ki, Ronaldo 54 qol vuraraq 2023-cü ilin bombardiri olub. O, ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatına layiq görüləcək. Mükafat yanvarın 19-da Dubai Globe Soccer Awards 2023-də təqdim olunacaq. 38 yaşlı hücumçu bombardirlər yarışında PSJ-dən Kilian Mbappe (52 qol),  “Bavariya”dan Harri Keyn (52), “Mançester Siti”dən Erlinq Haalandı (50) qabaqlayıb. 

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 18 matçda 20 qol vurub və 9 qolun ötürməsini verib.

 

Bənzər yazılar

0.25825786590576