Arif Əsədov Türkiyəyə yollanacaq

 05-01-2024

Azərbaycan millisinin məşqçisi Arif Əsədov klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, 53 yaşlı mütəxəssis bu məqsədlə yanvarın 8-də Antalyaya gedəcək.

Ayın 13-dək Türkiyədə qalacaq A.Əsədov orada təlim-məşq toplanışında olacaq Premyer Liqa komandalarının yoxlama oyunlarını izləyəcək. Mütəxəssis yanvarın 13-də Bakıya qayıdacaq və ölkə daxilində hazırlıq keçən kollektivlərin sınaq matçlarına baxacaq.

Qeyd edək ki, “Neftçi”, “Sabah”, “Səbail”, “Turan Tovuz” və “Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə, digər komandalar isə ölkə daxilində keçirəcəklər.

 

Bənzər yazılar

0.20457410812378