Mbappe Messi üçün darıxıb

 05-01-2024

PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb.

“Ölkə.az” xəbər verir ki futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Messi ilə oynaya bilmək üçün darıxıram. Mənim kimi hücumçu topu ətrafında onun kimi futbolçu istəyir. Bu, demək olar ki, yalnız Leonun verə biləcəyi lüksdür”.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında azad agent kimi PSJ-dən ayrılıb və “İnter Mayami” ilə müqavilə imzalayıb.

Bənzər yazılar

0.17535495758057