PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçməyin bir addımlığında - Maraqlı detal

 02-01-2024

PSJ-nin hücumçusu Kilian Mbappe artıq Madriddə özünə mənzil kirayələyib.

"El Chiringuito" mənbəsinə istinadən iddia edir ki, bu xəbər futbolçunun “Real Madrid”ə mümkün transferi fonunda təsadüf hesab oluna bilməz.

Bir müddət əvvəl isə 25 yaşlı fransalı futbolçunun “Kral klubu”nun rəhbərliyi ilə və birbaşa prezidenti Florentino Pereslə danışıqlar apardığı barədə məlumat yayılmışdı.

İlkin məlumatlara görə, “Real Madrid” K.Mbappeyə qərarını dəqiqləşdirmək üçün yanvarın 15-dək vaxt verib. Onlar futbolçunu azad agent kimi transfer etməyə ümid edirlər.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatır.(oxu.az)

 

Bənzər yazılar

0.19832897186279