Argentinalı futbolçu “Mançester Siti” ilə 6 illik müqavilə bağlayacaq

 01-01-2024

Argentinalı futbolçu Klaudio Eçeverri İngiltərənin “Mançester Siti” klubu ilə 6 illik müqavilə bağlayacaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 17 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı oyunçunun klubu olan Argentina təmsilçisi “River Pleyt”lə razılıq əldə edilib. Eçeverri bu ilin sonuna qədər “River Pleyt”də qalacaq və 2025-ci ilin yanvarında “şəhərlilər”ə qoşulacaq. Transferin ingilislərə 25 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Klaudio Eçeverri 2023-cü ildə Argentina çempionatında 5 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

 

Bənzər yazılar

0.18296694755554