“Neftçi” ilə anlaşmadı, bu klubun baş məşqçisi oldu

 01-01-2024

“Neftçi” ilə razılaşa bilməyən türkiyəli mütəxəsis Sərgən Yalçın “Antalyaspor”la  müqavilə bağlayıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

51 yaşlı baş məşqçi yeni klubu ilə bu mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, Sərgən Yalçın sonuncu dəfə 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. Bir neçə ay əvvəl 51 yaşlı mütəxəssis “Neftçi” ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

Bənzər yazılar

0.20546293258667