Sürücülərin NƏZƏRİNƏ: Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

 31-12-2023

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, yanvarın birindən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Bənzər yazılar

0.2173171043396