Gəncədə yataqxanada baş verən yanğının təfərrüatı məlum olub - VİDEO

 31-12-2023

Gəncədə yataqxanada baş verən yanğının təfərrüatı məlum olub.

Belə ki, Gəncə şəhər Atatürk prospektində yerləşən beş mərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsinin eyvanları və bir otağı içərisində əşyaları ilə birgə yanıb.

Zərərçəkən bildirib ki, evdə xəbərsiz idim, bir də gördüm tüstüdə boğuluram:

“Qışqırıq səsini eşitdim, oğlum düşdü ikinci mərtəbəyə. Alov yuxarı çıxdı, hamımız tökülüşdük. Çox qorxdum, hələ də bu dəqiqə əsirəm”.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yeddi yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülərək digər mərtəbələr yanğından mühafizə olunub.

 Hadisə zamanı üçüncü mərtəbənin 15 kvadratmetr sahəsi, dördüncü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb.

Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlənmə olub. Onlara tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:Gəncədə yataqxanada baş verən yanğının təfərrüatı məlum olub.

Belə ki, Gəncə şəhər Atatürk prospektində yerləşən beş mərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsinin eyvanları və bir otağı içərisində əşyaları ilə birgə yanıb.

Zərərçəkən bildirib ki, evdə xəbərsiz idim, bir də gördüm tüstüdə boğuluram:

“Qışqırıq səsini eşitdim, oğlum düşdü ikinci mərtəbəyə. Alov yuxarı çıxdı, hamımız tökülüşdük. Çox qorxdum, hələ də bu dəqiqə əsirəm”.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yeddi yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülərək digər mərtəbələr yanğından mühafizə olunub.

 Hadisə zamanı üçüncü mərtəbənin 15 kvadratmetr sahəsi, dördüncü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb.

Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlənmə olub. Onlara tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.20431280136108