Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

 30-12-2023

Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının son iki məşqini buraxıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bu gün "Əl-Tai" ilə çempionat oyununda meydana çıxmayacaq.

Fransalı forvard "Əl-İttihad"in məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Onun niyə bu addımı atdığı açıqlanmayıb. Benzemanın klub rəhbərliyi ilə münaqişə yaşaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, futbolçu "Əl-Nəsr"ə 2:5 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabını silib.

Bənzər yazılar

0.21888279914856