Araz Ağalarov: “Mənim 120 milyard borcum var”

 19-03-2022

Tanınmış milyarder, “CROCUS” şirkətinin prezidenti Araz Ağalarov “Komsomolkaya pravda”ya müsahibə verib.

İş adamı Rusiyaya qarşı sanksiyalardan dolayı ölkədə yaranmış çətin iqtisadi şəraitdən və mümkün çıxış yollarından danışıb.

“Bu gün dolların məzənnəsi ilə bağlı arqumentlər vermək mənasızdır. İndi sadəcə olaraq, ölkə daxilində iş yerlərini xilas etməliyik. Çünki bütün tədarük zəncirləri pozulub, hətta yerli təchizatçılar istehsal etdiklərini vaxtında çatdıra bilmirlər. Belə ki, yerli məhsulların da bir hissəsi xaricdən gətirilən komponentə malikdir...

Təkcə daşınmaz əmlak deyil, bütün aktivlər hər zamankından daha ucuzdur. Baxmayaraq ki, indi nəyinsə qiymətini müəyyən etmək çətindir. Birja bağlıdır, heç nə satılmır və alınmır”, - deyə Ağalarov gileylənib.

O, külli miqdarda borcunun olduğunu da bildirib.

“Mənim 120 milyard borcum var. Rublla. Hazırda heç bir qazanc da yoxdur. İndi üç əsas şeyə ehtiyac var. Müəssisələrin xərc hissəsinin sıfıra endirilməsi, altı aylıq vergi tətili və borclar, gömrük rüsumları üçün möhlət”, - deyə milyarder vəziyyətdən çıxış yollarını da göstərib.

O, həmçinin qeyd edib ki, sanksiyalarla əlaqədar Avropa və Amerikadan gələn məhsulları Türkiyə və Cənub-Şərqi Asiya malları ilə əvəz etmək lazımdır.

Bənzər yazılar

0.31624794006348