Fatih Terim "Panatinaikos"la anlaşıb?

 26-12-2023

“Qalatasaray”ın və Türkiyə millisinin keçmiş çalışdırıcısı Fatih Terim yenidən baş məşqçiliyə qayıtmağa hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın “Panatinaikos” komandası təcrübəli çalışdırıcıya təklif göndərib.

Məlumata görə, Fatih Terimin bu təklifə müsbət yanaşır.

Yunanıstan Superliqasında çempionluq uğrunda mübarizə aparan "Panatinaikos" Fatih Terimlə 1,5 illik anlaşıb. Sabah səhər Yunanıstana gedəcək Terimin gün ərzində rəsmi müqavilə imzalaması gözlənilir.

Terim "Panatinaikos"da İvan Yovanoviçin yerinə təyin olunacaq. Yaşıl-ağlılar hazırda Yunanıstanda PAOK-dan sonra ikinci pillədə qərarlaşıb.

 

Bənzər yazılar

0.82291507720947