“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı

 25-12-2023

Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub.

“Misli”nin sponsorluğu ilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) final mərhələsi keçirilib.

İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edib. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəslə aşılamaqdır.

Fevral-dekabr ayları ərzində ümumilikdə 23 turnir təşkil edilib, 50-dən artıq müxtəlif komanda qatılıb. Hər həftə 400 nəfərdən artıq şəxs oyunlardan yararlanıb. İl ərzində isə 8500-dən artıq şəxs bu oyunlarda iştirak edib. Finalda 24 komanda mübarizə aparıb.

Sonda 1-ci yer “Santa Klara”, 2-ci yer “Avangard”, 3-cü yerə isə “Nirvana” komandası layiq görülüb. Qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.

Bənzər yazılar

0.10700702667236