Mərc etdi: Bu iki döyüşə görə 37 min dollar qazandı

 25-12-2023

Yeni Zelandiyalı MMA döyüşçüsü İsrail Adesanya Entoni Coşua – Otto Uollin və Cozef Parker – Deontay Uaylder döyüşlərindən 37 min dollar qazanıb.

Publika.az xəbər verir ki, Adesanya Coşuanın Otto üzərində nokautla qalib gəlməsinə (2.60 əmsal) 10.000 dollar pul qoyub. Onun xalis mənfəəti 16 min dollar olub.

İsrail də Parkerin qələbəsini də dəqiqi proqnozlaşdırıb. O, Cozef in qələbəsinə 5000 dollar mərc edib (əmsal 5,20).

Beləliklə, 21.000 dollar xalis qazanc əldə edib.

Bu iki döyüşdən İsrailin ümumi qazancı 37 min dollar olub.

Bənzər yazılar

0.18559193611145