UEFA-nın “Barselona”nın işinə baxacağı tarix müəyyənləşdi

 24-12-2023

UEFA İspaniyanın “Barselona” klubunun maliyyə qaydalarını pozmasına dair işə baxacağı tarixi müəyyənləşdirib.

APA-nın “Marca”-ya istinadən verdiyi xəbərə görə, UEFA “Barselona” ilə bağlı işə gələn ilin fevral ayında baxacaq

“Barselona” UEFA-nın maliyyə yoxlaması aparacağı yeganə komanda deyil. Siyahıda "Milan”, "Pari Sen-Jermen” və “Mançester Siti” də var.

UEFA-nın maliyyə qaydalarına əsasən, klubların xərclərini gəlirləri kompensasiya etməlidir.

Əgər klubun maliyyə qaydalarını pozması təsdiqini taparsa, komanda növbəti il Çempionlar Liqasında iştirak hüququndan məhrum edilə bilər.

Bənzər yazılar

0.18767285346985