“Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub

 24-12-2023

Adrian Mutu ilə vidalaşan “Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Ölkə.az xəbər verir ki, Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb.

O, hazırda “Neftçi Arena”dadır və yeni komandasının “Kəpəz”lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı.

Bənzər yazılar

0.23930692672729