Cəlilabad və Biləsuvarda güclü külək əsir

 23-12-2023

Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

"Ölkə.az" xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.

Belə ki, son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur.

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Bənzər yazılar

0.19837212562561