Ronaldu dünya ikincisi oldu

 23-12-2023

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının 18-ci turunun “Əl-İttifaq”la oyununda (3:1) qol vurub.

73-cü dəqiqədə Kriştianu penaltini dəqiq yerinə yetirib. Bundan əvvəl o, Marselo Brozoviçə qol ötürməsi etmişdi.

Portuqaliyalı 2023-cü ildə 51-ci qolunu vurub. O, yalnız “Bavariya”nın forvardı və İngiltərə yığmasının hücumçusu Harri Keyndən (52) geri qalır.
PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin də aktivində 51 qol var./oxu.az

Bənzər yazılar

0.20020389556885