Məzahir Pənahov: “Beynəlxalq təşkilatlara problemi dedikdə üstündən keçirdilər”

 23-12-2023

“Bizim azad edilmiş ərazilərimiz işğal altında olanda oranın sakinlərinin - seçicilərin səsvermədə iştirakının çətin olduğu haqqında dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişik”.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar isə belə bir problemin olduğunu vurğulamayıblar: “Onlar bir dəfə də olsun həmin seçicilərin bu çətinliyini qeyd etməyiblər. Məcburi köçkünlərlə bağlı seçki problemini dedikdə üstündən keçirdilər, sonradan isə ümumiyyətlə, bu barədə soruşmamağa başladılar. Yeni nəsil şəxsiyyət vəsiqələrində sənədin verilmə vaxtı qoyulmur. Bununla əlaqədar müvafiq sorğular verilib”.

O qeyd edib ki, vəsiqələrdə yalnız etibarlılıq müddəti göstərilir:

“Seçkilərlə bağlı tələb edilən sənədlərin formasında isə şəxsiyyət vəsiqələrinin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidirlər ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa buna görə məhkəməyə verə bilərlər. Tələbələrin seçkilərdə sərbəst iştirakı üçün elm və təhsil naziri Emin Əmrullayevlə müzakirə aparmışıq”.

O qeyd edib ki, nazirlik tələbələrin sayı ilə əlaqədar siyahı təqdim etməyə hazırdır:

“Seçki tələbələrin dərs vaxtına düşmür. Onların çoxu tətil olduğuna görə rayonlara gedəcək. İstənilən halda tələbələr həm yaşadıqları ərazilərdə, həm də təhsil aldıqları müəssisələrdə səs verə bilməlidirlər. Onlara qeydiyyatdan çıxma vəsiqəsi verilməlidir ki, rayonlara gediblərsə, orada da rahat səs versinlər. Biz hamımız tələbə olmuşuq. Buna görə Elm və Təhsil Nazirliyi də bizə müvafiq dəstəyi göstərəcək”.

 

Bənzər yazılar

0.22804093360901