Möhtərəm, cənab Prezident,
İzn verin Sizi, doğmalarınıza və yaxınlarınızı qarşıdan gələn ad gününüz, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edək, xalqımızın daha xoşbəxt gələcəyi və məmləkətimiz Azərbaycanın daha da çiçəklənməsi naminə Sizə, əbədi cansağlığı, uzunömür, aramsız uğurlar arzulayaq.
Cənab Prezident, xalqımızın bugünki amin-arxayın yaşayışı üçün münbit şərait Sizin gərgin zəhmətiniz sayəsində mümkün olub.
Sizin düşünülmüş vətənpərvər siyasətinizlə Respublikamızın hətta ucqar bölgələri belə müasir standartlara uyğun abadlaşmış, insanların rifahı xeyli dərəcədə yaxşılaşmışdır.
İmza atdığınız uğurlarınız yüzlərlədir, amma bu nailiyyətləriniz sırasında ən böyük şah əsəriniz 44 günlük savaşla və az itkilərlə torpaqlarımızı erməni işğalçılarından azad etməyinizdir.
Bu gün prezidentlik iddiasında olan siyasi boşboğazlar çoxdur, lakin Sizi əvəz edəcək lider yoxdur, heç qarşıdakı on illiklərdə də olmayacaq. Hazırda Azərbaycan cənnət təsiri bəxş edir. Bu da Sizin nailiyyətlərinizdir.
Bir zamanlar unudulmaz şairimiz Süleyman Rüstəmin qələmə aldığı misralarda deyildiyi kimi:
“Bəzənib başdan başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin”
Cənab Prezident, qarşıdakı növbədənkənar 7 fevral 2024-cü il tarixdəki prezident seçkilərində Sizə uğurlu nəticələr arzulayırıq.
Siz dövrümüzün Sərkərdəsiniz və həmişə yanınızda, ətrafınızdayıq.
Ali Baş Komandanım, sıravi bir əsgər kimi hər zaman əmr və tapşırıqlarınızı icra etməyə hazırıq.
Allah sizi qorusun – Amin!
Hörmətlə,
MillətinSəsi.info saytının rəhbəri Tahir Abbaslı və kollektivi