Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib.
Hadisə ilə bağlı e-huquq.az-a açıqlama verən N.Əliyev bildirib ki, avtomobilinin şüşəsini sındırıb, sənədləri götürüblər:
“Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib. Mənə məxsus “Mercedes-Benz” markalı avtomobilə hücum edib, vəkil mantiyamı oğurlayıblar. Avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı polisə və Vəkillər Kollegiyasına məlumat vermişəm”.
Vəkil qeyd edib ki, həmin ərazidə olan qonşusuna məxsus avtomobilin də şüşəsini sındırıb, oğurluq ediblər.