YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq 

 12-12-2023

Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq, vaxtı açıqlanacaq.

Tahir Budaqov vurğulayıb ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib.

 

Bənzər yazılar

1.585942029953