İnam Kərimovun “adamı” Füzuli rayonuna icra başçısı gətirilir? - İDDİA

 17-03-2022

Ölkə televiziyalarına son müsahibəsi zamanı Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edərək, onları ləyaqətlə işləməyə dəvət edib.

SİTAT: "Məmur-vətəndaş təmasları da, yəni,harada korrupsiya imkanları var, minimuma endirilməlidir. Bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

Təəssüf ki, prezident İlham Əliyevin məlum çıxışındakı tezisi Füzuli rayonunda 11 ildir ki, icra başçısı işləyən Alı Alıyev heç bir nəticə çıxartmır. Xalq arasında “Dəyirman özbildiyin edər,çax-çax baş ağrıdar” zərb-məsəli sanki Füzuli rayonun bu “kiçik padşahı” olan All Alıyevə tam surətdə şamil etmək olar.

Alı Alıyev haqqında mətbuatda yazılan tənqıdı materillara oxusaq,belə nəticə əldə etmək olar ki, korrupsiya və rüşvətə bulaşmış icra başçılarından biri də elə məhz Alı Alıyevdin özüdür ki var.

Turantv.az - olaraq aldığımız məlumata görə Prezident Administrasiyasında Füzuli rayon icra başçısı Alı Alıyev haqqında göndərilən şikayət məktublarının sayı hesabı yoxdur. Məncə, korrupsiya bataqlığında boğulan Alı Alıyevin də vəzifədən tezliklə vidalaşacağına saylı günlər qalıb.

Necə deyərlər, Alı müəllimin də “qələmi qırılmaq” üzrədir. Bu yaxınlarda vəzifəsindən uzaqlaşdılacaq məmurların siyahısında Alı Alıyevin adı birincilər sırasında yer alıb.

Turantv.az olaraq qeyd edek ki, Alı Alıyev 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bəs, Füzuli rayonuna icra başçısı olmağa iddialı real namizəd kimdir?

Turantv.az-ın əldə etdiyi məlumata görə icra başçı olmağa ən çox catan məmur - Dövlət Aqrar İnkişaf Mərkəzinin(DAİM) Füzuli rayon şöbəsinin direktoru Hüseyn Abbasovdur.

Öncəlikcə onu qeyd edək ki, Hüseyn Abbasov uzun illər İcra başçının müavini, Sosial – iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Rayonun kənd təsərrüfatı sahəsi onun nəzarətində olub.

Hər kəs bilir ki, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) adlı bir idarə “çörəkli yerdir”. Hüseyn Abbasov icra hakimiyyətindən bu idarəyə transfer olduqdan sonra kənd təsərrüfatına birbaşa nəzarət etməyə başlayıb. Özünə çoxlu var-dövlət toplayıb.

Uzun illər işğal altinda olan Harami düzü işğaldan azad olunandan sonra bir çox oliqarx məmurlar həmən əraziləri zəbt etməyə başlayıblar. Həmən məmurlardan biri də Hüseyn Abbasovdur.

Məlumata görə onun minlərlə hektar torpaq sahəsi olduğu bildirilir. Hazırda orada əkin-biçinlə məşğuldur. Rayonda fermaları, minlərlə iri və xırda buynuzlu heyvanları var. Son günlər özünə ən bahalı və son model LEXSUS markalı avtomabil aldığını rayonda hər kəsə bəllidir. Necə dəyərlər, özünə “topdağıtmaz” varidat toplayıb.

Halbuki, Azərbaycan Respublikasi Qanunverciliyinə görə,dövlət vəzifəsi tutan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Amma Abbasov Hüseyn qanunları pozaraq sahibkarlıq fəaliyyətilə məşğul olaraq milyonlar qazanır.

Həmçinin, Horadiz şəhərinin girəcəyində “işıqforun yanı” deyilən yerdə böyük bir restoranı da olduğu bildirilir. Orda ancaq rayonun oliqarx məmurları və Bakıdan Füzuli rayona təşrif buyuran “yekə məmurlar” qonaq olurlar.Necə olur ki,xırda bir məmur qanunsuz olaraq bu qədər sərvət toplaylr və ona gözün üstə qaşın var deyən də yoxdur?! Əcəbdü!

Mənbənin verdiyi məlumata görə indi o,yəni Hüseyn Abbasov illərdi ki,yığdığı kapitalı xərcləməklə məşğuldur. Yəni, Füzuli rayonuna icra başçısı gəlməkdən ötrü bütün varidatını xərcləməyə hazır olduğu bildirilir.

Hətta, Rayonun icra başçısı Alı Alıyev haqqında mənfi “dosyeni” Prezident Administrasiyasına ötürən şəxs Hüseyn Abbasov olduğu ictimai rəydə müzakirə olunur.

Mənbə iddia edir ki, Kütləvi informasiya vasitələrində Alı Aliyev haqqında yazılan tənqidi materialların hamısını Hüseyn Abbasov yazdırır.

Turantv.az olaraq qeyd edək ki,işğaldan azad olunan rayonlara təyin olunacaq məmurlardan ibarət “yuxarılarda” yeni komandanın formalaşdırıldığı və Hüseyn Abbasovun da yüksək çinli məmurun komandasında yer aldığı iddia olunur.

Hüseyn Abbasov özünu bu komandanın tərkibində daha məhrəm olduğunu hər yerdə açıq formada bildirməkdən çəkinmir.

Qeyd edək ki, Hüseyn Abbasov bir neçə il öncə Alı Alıyevlə kəllə-kəlləyə gəlmişdi və icra başçısı olmaq sevdasına düşmüşdü. Amma bu sevda onun ürəyində arzu olaraq qubar bağladı.İndi isə onun bu sevdasının baş tutacağına tam əmin olduğunu bildirir.

Hətta, bir az komik də çıxsa,bildiririk ki, Hüseyn müəllim öz cəddini (onun seyyid olduğu deyilir) köməyə çağırmaqla “yuxarıları”da ovsunlaya bilmişdir ki, rayona icra başçısı gəlsin.

Rayon sakinləri ilə etdiyimiz söhbət əsnasında Hüseyn Abbasov haqqında daha bir şok effekti verən məlumat əldə etmişik.

Belə ki, Hüseyn müəllim kriminal aləmin bəzi üzvləri ilə sıx əlaqədə olduğu bildirilir.

İş o yerə çatıb ki, Hüseyn Abbasov Rayon icra başçısı vəzifəsinı gəlməkdən ötrü kriminal aləmin üzvlərindən də sui-istifadə etməyi çəkinmir. O, hesab edir ki, kriminal aləmin üzvlərinin “sözü yuxarılara daha keçərlidir”.

Ona görə onların köməyindən beĺə yararlanmağı da fürsət hesab edir.Nə yolla olur olsun,Başçı vəzifəsinə təyin olunsun.

Məqsədə çatmaq üçün istənilən ən çirkin yollara əl atmaq bu adam üçün məqbul hesab olunur.

Göründüyü kimi Hüseyn Abbasov hər vəchlə çalışır ki, Füzüli rayon icra başçısı məhz,bu olsun.

Beləliklə, DAİM-in sədri Hüseyn Abbasov icra başçısı Alı Alıyevin “torbasın tikir”.

Bundan da Alı Alıyevin xəbəri olmamış deyil, məncə.

Məqalədə adı çəkilən şəxslərin qarşı tərəf kimi mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

“Turantv.az”-ın növbəti sayında:

1.Hüseyn Abbasov mal-qoyun təsərrüfatı yaratmaqdan başqa çox baha qiymətə At və it saxlamaq şakəri varmış?

2.H.Abbasov min hektarlarla torpaq sahəsinin kirvəsinin qardaşı Facət Heydərovun adına necə özəlləşdirib?

3.Əhmadallar kənd bağçasına həyat yoldaşı Sevil Abbasovanı necə müdir təyin etdirib?

4.H.Abbasovun Hadrut qəsəbəsindən talan etdiyi texnikaların və mal-qoyunların statistik siyahısı nə qədərdir?

5.İşğaldan azad olunmuş Xələfşə kəndində tikdirdiyi nəhəng fermaların sayı nə qədərdir?

Müəllif R.Sadıqlı

Mənbə Turantv.az

Bənzər yazılar

2.0731291770935