“Netflix”in bu ilin ikinci rübündə ödənişli abunəçi itkisi bir milyona yaxın olub, halbuki analitiklər bu zərərin iki milyon istifadəçi olacağını proqnozlaşdırmışdılar.
Bu barədə şirkətin saytında dərc olunan rüblük hesabatlarda deyilib.
Bildirilir ki, bu ilin aprelində Rusiya bazarından fonunda 200 min abunəçisini şirkət ikinci rübdə zərərin iki milyon ödənişli abunəçiyə çatacağını proqnozlaşdırmışdı. Faktiki olaraq onların sayı 221,64 milyondan 220,67 milyona qədər azalıb.
Şirkət 2022-ci ilin üçüncü rübünün sonuna qədər pullu xidmət abunəçilərinin sayının təxminən bir milyon nəfər artacağını gözləyir.
Hesabat dövründə şirkətin gəliri 7,97 milyard ABŞ dollarını, mənfəəti isə 1,44 milyard ABŞ dollarını ötüb. Bu ilin birinci rübündə şirkət 7,86 milyard dollar gəlir və 1,59 milyard dollar mənfəət əldə edib.
Mənbə: TASS