Bu gün Yaşıl Teatrda Xalq artisti Eyyub Yaqubovun konsert proqramı baş tutub.
MillətinSəsi.info xəbər verir ki, E.Yaqubov sevilən mahnıları ilə tamaşaçılar qarşısında çıxış edib.
Tədbirin aparıcısı Elnur Kərimov olub.
Günün əsas səbəbkarı Eyyub Yaqubov isə mediaya açıqlamasında “Baxmayaraq ki, illərdir təcrübəm var, ancaq yenə də ilk günkü həyecanı yaşayıram” deyib:
“Sevinirəm ki, Bakımızın gözəl məkanında növbəti konsertimizi veririk. Əziz tamaşaçılarımla görüşmək mənim üçün çox xoşdur. Hər kəsə sevgi dolu günlər arzu edirəm”.
Konsertin bədii rəhbəri, estrada müğənnisi Fuad Musayev isə açıqlamasında Eyyub Yaqubovla birlikdə çalışdığı üçün böyük sevinc hissi yaşadığını bildirib:
“Bütün biletlər hamısı satılıb, bu da Eyyub bəyin necə sevildiyinin bir nümunəsidir. Məni bədii rəhbər olaraq Eyyub bəy dəvət edib, mən də sevə-sevə qəbul etmişəm. Tamaşaçıları bu konsertdə keyfiyyətli musiqi gözləyir”.
Konsertdə bir çox məşhur simalar iştirak edib. Bunlardan biri də Cavan Zeynallı olub. O dostu E.Yaqubova səhnədə öz mahnıları ilə çıxış edərək dəstək göstərəcəyini bildirib:
“Bu gün burda əziz dostum Eyyubun möhtəşəm bir konserti olacaq. Mən də sehnede orkestrla birlikdə öz repertuarımdan musiqilər səsləndirəcəm”.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Eyyub Yaqubov konserti sabah da davam edəcək.
Milletinsesi.info konsertdən fotoları təqdim edir: