Nazir Mikayıl Cabbarov: “İlk iki ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 80 faiz artıb”

 17-03-2022

“Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk iki ayında da davam edib”.  Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.

“İlk iki ayda xarici ticarət dövriyyəsi 80,4 % artaraq 7,94 milyard dollar, ixrac 2,1 dəfə artaraq 5,97 milyard dollar, idxal isə 22,3 % artaraq 1,97 milyard dollar təşkil edib. Xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 milyard dollar olub”.

Bundan başqa, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % artaraq 461,5 milyon ABŞ dolları təşkil edib.

“Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir. İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri neft-qaz sektoru üzrə əsas kapitala investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən bu ilin iki ayında 12,1 % artıb.”, - o qeyd edib.

 

 

Bənzər yazılar

0.19858002662659