Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etmək, bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda açıqlamaq qərarı alıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
İndeksə görə ən çox şikayət olunan 5 bank bunlardır:
1. Bank VTB Azərbaycan,
2. Bank BTB,
3. Bank of Baku,
4. AccessBank,
5. Azərbaycan Sənaye Bankı
İndeksə görə, müştərilən ən az şikayət etdiyi 5 bank isə bunlardır:
1. Bank Avrasiya
2. Xalq Bank
3. Azərbaycan Beynəlxalq Bankı
4. Naxçıvanbank
5. PAŞA Bank
Qeyd edək ki, bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.