“Xalq Sığorta”da böhran dərinləşir - biznes itkiləri 15 milyon manatı ötüb

 28-11-2023

2023-cü ilin ilk on ayında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 45,4% azalaraq 18,6 milyon manat təşkil edib.

Valyuta.az-ın hesablamasına görə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 15,5 milyon manata bərabər olub. Ötən ilin yanvar-oktyabr aylarında “Xalq Sığorta”nın yığımları 34,2 milyon manat olmuşdu.

Bu ilin yanvar-oktyabr aylarında “Xalq Sığorta”nın sığorta ödənişləri isə 19,8 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 2,1 milyon manat azdır. 

Bu dövrdə sığorta şirkətinin ödənişləri yığımlarından 1,2 milyon manat artıq olub. Bu isə onun zərərliliyini bir il əvvələ nisbətən 64,2%-dən 106,4%-ə yüksəldib.

Bənzər yazılar

0.058573007583618