Yeni Naftalan hotel məcburi auditdən yayınmada ittiham edilir

 17-11-2023

“Yeni Naftalan Hotel Company” MMC barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

464-cü maddəyə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Cari ilin əvvəlində “Yeni Naftalan Hotel” MMC-yə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə protokol yazılmışdı. 

Qeyd edək ki, qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimov olan “Yeni Naftalan Hotel Company” Azərbaycanda portfelində otellər şəbəkəsinə malik olan “PMD Hospitality” MMC-nin tərkibində fəaliyyət göstərir.

“Yeni Naftalan Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ilin may ayının 18-də dövlət qeydiyyatına alınıb.

“Yeni Naftalan Hotel Company” MMC-nin nizamnamə kapitalı 1.042.000 manat, hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 30/42, mənzil 17 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi İbrahimov Anar Əhmədiyə oğludur.

İbrahimov Anar Əhmədiyə oğlu 2022-ci ilin sentyabr ayının 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin əmri ilə Fəxri Fərmanla təltif edilib.

“Yeni Naftalan Hotel Company” Azərbaycanda portfelində otellər şəbəkəsinə malik olan “PMD Hospitality” MMC-nin tərkibində fəaliyyət göstərir.

Bənzər yazılar

0.16779494285583