Ruslar hamilə qadınlarla uşaqların gizləndiyi binanı bombaladı - VİDEO

 17-03-2022
Ruslar Mariupolda yüzlərlə sakinin gizləndiyi dram teatrını bombalayıb.
 
MillətinSəsi.info “unian”a istinadla xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ölənlərin sayı müəyyənləşdirilir:
 
“Bu gün rus qoşunları Mariupolun mərkəzindəki dram teatrını məqsədyönlü şəkildə və rüsvayçılıqla dağıdıblar. Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb. Bu dəhşətli və qeyri-insani hərəkətin miqyasını hələ də qiymətləndirmək mümkün deyil. Çünki şəhərdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir”.
 
Bildirilir ki, partlayışdan sonra dram teatrının mərkəzi hissəsi dağılıb, binada yerləşən bomba sığınacağına giriş dağıntılar altında qalıb:
 
“Binada hamilə qadınlar və üç yaşına qədər uşağı olan qadınlar gizləniblər. Zərərçəkənlərin xilas edilməsinə başlanılıb”.
Donetsk Polis İdarəsinin sədri Pavel Kirilenko bildirib ki, ruslar artıq Azov alayının qərargahının orada olması barədə yalan danışmağa başlayıblar: “Amma onlar özləri də yaxşı bilirlər ki, orada yalnız mülki şəxslər olub”.

Bənzər yazılar

0.37368893623352