Bakının mərkəzində "MOJO" KLUB, yoxsa gəncliyin ümidsizliyinə ÇEVRİLƏN MƏKAN?

 13-07-2022

Dünyada intelektual və savadlı gənclik görmək istəyirsinizsə, ona təhsil və əyləncə vermək gərəkdir. Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək ki , o yerdə günəş batır. Bizdə də demək olar ki, əyləncəli məkanların günəşini batırıblar. Dünyada və bir çox avropa ölkələrində gənclik normal əylənmək üçün diskoteka və klublara üz tutur.

Bakının mərkəzində


Amma çox təəssüflər olsun ki, bizim paytaxt Bakıda bu cür yerlər tam fərqli şəkildə fəaliyyət göstərir. Misal üçün, onlardan biri də Bakının mərkəzində Səbail rayonunda fəvvarələr meydanında yerləşən "MOJO" klubdur. Adını əyləncəli məkan qoysalar da, amma burada təbii ki, xarici turistlərə xüsusən də ərəblərə diqqət bizim vətəndaşlardan üstündür.
 
Səbəbi isə təbi ki, hər kəsə aydın olduğu kimi maliyyədir. Pula görə öz vətəndaşna aşağıdan yuxarı baxan, hər şey etməyə qadir olan insandır, deyiblər. Sözü gedən bu klubun içinə daxil olduqda isə qiymətlər demək olar ki, əl yandırır. Həmçinin klubun içində idmançı gödəkçəli şəxslər, klubun üstündə yaşayış binası, yüksək səs-küy binada yaşayan insanları narahat etmək və.s kimi hallar, daha nələr...

AMİA.AZ xəbər verir ki, Sadə dükanlarda satılan qazsız 40-50 qəpiklik yarım litr qazsız su 5 manat, qazlı su 6 manat, bir bakalı 1 manat dəyəri olan pivə 7-8 manat.

Hələ üstəlik bu sulardan aldınsa, normal masada otura bilməzsən, dərhal orda da gəzən idmançı reketlər səni böyürə çəkib barmenin yanında oturmağı təklif edir, əks halda klubu tərk etməyi məsləhət görür.

Kassa aparatı olmayan, vergidən yayınan bu klubun da bəzi əxlaqsız yuvalarında olduğu kimi day-daylarının da böyük adam olduğu hiss olnur...


Burada xarici qonaqlara olan diqqət, yerli qonaqlardan üstündür. Azərbaycan gəncliyinin də belə klublarda əylənmək hüququ var. Hələ Qida Təhlükəsizlik xidmətini demirik ki, bu klubda reyd keçirsə hansı antisanitariyaya rast gəlmək olar. Ümidvarıq ki, bizim bu yazıdan sonra "MOJO" klub rəhbərliyi iş fəaliyyəti haqqında ciddi ölçü götürəcək və yaxud da adiyyatı qurumlar öz lazımı tədbirlərini görəcəklər.

Mənbə azerbaycanrealligi.com

Bənzər yazılar

0.24208903312683