Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

 06-11-2023

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumat yayıb.

Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 30-dan noyabrın 5-dək olan müddətdə 24 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 649 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1536,9 hektar ərazi minadan təmizlənib.

 

Bənzər yazılar

0.15789604187012