Azərbaycanda QUZU ƏTİ BAHALAŞIB - VİDEO

 13-07-2022
Azərbaycanda quzu əti bahalaşıb. Bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat olub.
 
Bu barədə Xəzər Xəbər”in reportajında məlumat verilib.
 
Bildirilib ki, mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyiblər.
 
Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını bildiriblər.
 
Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyiblər.
 
Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.
 
Daha ətraflı:

Bənzər yazılar

0.49094200134277