Milli Məclisdə ambulansın gecikməsi problemi QALDIRILDI

 04-11-2023

Bakıda Təcili Tibbi Yardım Mərkəzinin ümumilikdə 185 təcili tibbi yardım maşını fəaliyyət göstərirdi, amma əhalinin rəsmi sayı 2,7 milyonu keçsə də, bu maşınların sayı artmaq əvəzinə azalıb.

Bunu deputat Rüfət Quliyev parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, hazırda 140 ambulans maşını fəaliyyət göstərir.

“İnsanlar təcili tibbi yardıma müraciət edəndə təcili tibbi yardım maşını ən yaxşı halda 40-45 dəqiqəyə, elə vaxt olur ki, 1.5 saata gəlib çıxır. Bu ciddi sosial problemdir və bu, həll olunmalıdır”, - deputat qeyd edib.

O əlavə edib ki, hökumət bu sahədəki problemi aradana qaldırmağa diqqət yetirsə, yaxşı olar: “Təcili Tibbi Yardımın idarəolunmasında yaxşı sistem qurulsa da, texnika çatışmazlığından problemlər yaranır. Bu sistemin effektiv fəaliyyəti üçün ambulans maşınların sayının artırılmasına ehtiyac var”.

 

 

Bənzər yazılar

0.18125200271606