Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

 26-10-2023

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Əvvəlki qərarla həmin müddət 2023-cü il oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

 

Bənzər yazılar

0.20629000663757