Ermənistanın İstisu və Göyçə göllərini çirkləndirməsi BMT-nin narazılığına səbəb olub

 25-10-2023

BMT Ermənistanın İstisu və Göyçə göllərini çirkləndirməsindən narahatdır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabata dair şərhində deyilir.

Sənəddə Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq ifadə edilib.

Bununla əlaqədar Ermənistana mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün zəruri tədbirləri görmək çağırışı edilib.

 

Bənzər yazılar

0.16400504112244