Dövlət Agentliyinin 50 milyon manatlıq tenderini “Avromed Company" QSC UDUB

 16-03-2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elan etdiyi 2 tenderin qalibini açıqlayıb.

MillətinSəsi.info Fed.az-a istinadən xəbər verir ki,  hər iki tenderin qalibi “Avromed Company" QSC olub.

Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə tenderin dəyəri 12 milyon 80 min 269 manat, Şəkərli Diabet dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması üzrə tenderin dəyəri isə 38 milyon 75 min 408 manatdır.

Hər iki tenderin ümumi məbləği 50 milyon 155 min 677 manatdır.

Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb

Xatırladaq ki, Avromed Company QSC bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə 468 383 manatlıq tenderini qazanıb.

Qeyd edək ki, AvroMed biznes əlaqələri olan parlament üzvü Cavanşir Feyziyevin həmtəsisçiliyi ilə yaradılıb və 2010-cu ilədək onun idarəçiliyində olub. 

Cavanşir Feyziyev 2016-ci ilin noyabrında yerli qəzetə müsahibəsində deyib ki, özünün şirkətdəki payından 2015-ci ildə parlamentə təkrar üzv seçilərkən imtina edib.

O deyib ki, “mən bu qərara şəxsən özüm gəlmişəm və bu, şəxsi məlumat olduğuna görə onu mətbuata açmağa borclu deyiləm”.

Məqalədə deyilir ki, Azərbaycanda şirkət sahibləri və onların maliyyə məlumatları ictimaiyyət üçün açıq deyil və buna görə də onları müstəqil şəkildə yoxlamaq olmur.

Feyziyevin AvroMed-dəki partnyorlarının adları heç vaxt açıqlanmasa da, onun bundan əvvəlki işbirlikləri şirkətin nəhəng uğurunun arxasında gizlənən səbəblərə müəyyən işıq salır.

Bu gün bu şirkət Azərbaycanda 500-dən artıq başqa əczaçılıq şirkəti ilə rəqabətdədir və şirkət rəsmilərinin məlumatına görə bazarın 25 faiznə nəzarət edir. Bu şirkət dünyanın 42 ölkəsinin 250-dən çox əczaçılıq şirkətindən mal idxal edir.

Onun müştəriləri arasında 15 dövlət xəstəxanası, 200-dək özəl klinika, yüzdən çox gözəllik və sağlamlıq mərkəzi, idman federasiyaları və klublar, 2000 aptek, habelə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi var.

Bənzər yazılar

0.223140001297