Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
MillətinSəsi.info-ın məlumatına görə, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.
4 oyun qolsuz heç-heçə ilə başa çatıb, digər 3 qarşılaşma isə ev sahiblərinin qələbəsi ilə bitib.
Cavab görüşləri iyulun 12-si və 13-də keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
“Tobol” (Qazaxıstan) - “Ferentsvaroş” (Macarıstan) 0:0
“Budye Qlimt” (Norveç) - “Klasksvik” (Farer adaları) 3:0
HIK (Finlandiya) - RFŞ (Latviya) 1:0
“Düdelanj” (Lüksemburq) - “Tirana” (Albaniya) 1:0
“Zrinski” (Bosniya və Herseqovina) - “Şerif” (Moldova) 0:0
“Maribor” (Sloveniya) - “Şaxtyor” (Soliqorsk, Belarus) 0:0
“Slovan” (Bratislava, Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) 0:0
Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” Polşada “Lex”ə 0:1 hesabı ilə uduzub.