“Azərlotereya” tələbələrə xüsusi təqaüd verdi

 16-10-2023

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərlotereya” ASC tədbirlərə davam edir.

“Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə “Azərlotereya” yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 10 nəfəri xüsusi təqaüdlə təmin edib.

“Azərlotereya”nın təhsilin tərəqqisinə yönələn layihələrə hər zaman dəstək göstərdiyini bildirən şirkətin İdarə Heyətinin sədri Osman Karakuş tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Vurğulanıb ki, ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq “Azərlotereya”nın bu addımı onların gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.

“Azərlotereya”nın bu sahədəki töhfələri tələbələri öz akademik potensiallarını maksimum açığa çıxararaq irəlidə böyük nailiyyətlərə imza atmağa həvəsləndirir, onların daha parlaq gələcəyi üçün lazımi bilik və bacarıqlara malik olmasına imkan yaradır.

Qeyd edək ki, yubiley ili çərçivəsində “Azərlotereya” əməkdaşlarının Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşü təşkil olunub. Eyni zamanda şirkət ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ölkəmizin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyasını həyata keçirtməyi planlaşdırır.

Bənzər yazılar

0.13551783561707