UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
İlk oyun günündə 8 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Lex”ə minimal hesabla uduzub - 0:1.
İsveç “Malmö”sü evdə İslandiya “Vikinqur”unu 3:2, Bolqarıstan “Lüdoqorets”i isə Monteneqro “Sutyeska”sını 2:0 hesabı ilə yenib.
İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” komandaları ilk matçda inamlı qələbə qazanıblar. Onlar müvafiq olaraq Malta “Hibernians”ını və Cəbəllütariq “Linkoln”unu üç cavabsız qolla üstələyiblər.
5 iyul
UEFA Çempionlar Liqası
İlk oyunlar
20:00. "Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) - 0:0
21:00. “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya) - 3:2
Qollar: Martin Olsson, 16. Ola Toivonen, 42. Veljko Birmançeviç, 84 - Kristal İnqason, 38. Helgi Qudyonsson, 90+3
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro) - 2:0
Qol: Aleks Santana, 75. Matias Tissera, 90+2
22:00. “Balikani” (Kosovo) – “Jalgiris” (Litva) - 1:1
Qol: Astrit Thaçi, 16 - Oliver Buff, 26
22:00. TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) - 1:0
Qol: Ryan Brobbel, 57
22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Mikael İshak, 41
22:30. “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) - 3:0
Qol: Ronan Finn, 26. Dylan Watts, 41. Rori Qaffney, 78
22:45. “Şkupi” (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) - 3:0
Qol: Mamadu Danfa, 12. Sunday Adetunji, 28. Skott Viseman, 62 (avtoqol)