Ramiz Zeynalovun qohumunun şirkəti məhkəməyə MÜRACİƏT EDİB – TƏFƏRRÜAT

 05-07-2022

“Yük Taksisi.Az” MMC-nin (166 xidməti) “AGE” MMC ilə bağlı məhkəməyə müraciət edib. AzToday.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “Yük Taksisi.Az” daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: “Yük Taksisi.Az” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda “Yük Taksisi.Az” və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

Bənzər yazılar

0.26554489135742