Şəhərin mərkəzində "protiv" gedən "AS" seriyalı maşın kimindir?- VİDEO

 15-03-2022

Bakıda qaydaları pozan “AS” seriyalı avtomobilin görüntüləri kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, 10-AS-306 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü martın 11-də paytaxtın Mikayıl Rəfili küçəsində yolun əksi istiqamətində hərəkət edərək qarşıdan gələn avtomobillərin yolunu kəsib.

Həmin avtomobilin gəldiyi istiqamətdə girişi qadağan edən 3.1 nişanının olmasına baxmayaraq, sürücü birtərəfli yolun tam olaraq əksi istiqamətində axına qarşı hərəkət edərək Rəşid Behbudov küçəsinə çıxıb.

Avtosfer.az-ın araşdırmasına görə 10-AS-306 qeydiyyat nişanlı avtomobil “Manqoliya-99” MMC-yə məxsusdur.

Bənzər yazılar

0.21433305740356