Şəmkirdə QAZİ icra hakimiyyətinin qarşısında ÖZÜNÜ YANDIRIB

 04-07-2022

Şəmkir Qarabağ Müharibəsi işirakçısı İlham Həsənov Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

İntihar hadisəsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilir ki, İlham Həsənovun psixi pozuntulardan əziyyət çəkdiyini iddia edib.

1994-cü il təvəllüdlü Yeni Həyat kənd sakini İlham Həsənovun boyun nahiyəsində qəlpə var: “O, indiyə qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir”.

Məlumatda qeyd olunub ki, İlham Həsənovun etirazı aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmaması ilə bağlıdır: “Ona müvafiq orqanlardan tərəfindən lazımi dəstək göstərilsə də, müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, İlham Həsənov icra hakimiyyətinin etinasızlığından intihara cəhd edib: 

“Müharibə başa çatandan icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bir dəfə də olsun müharibə əlillərini, veterenalarını qəbul edib, onların qayğıları ilə maraqlanmayıb”.

Bənzər yazılar

0.20668005943298