Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Geyim satan şirkətə təmir işləri gördürəcək – 260 min manatlıq

 10-10-2023

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalinimi açıqlayıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Koneks Consturction” MMC olub.

Tərəflər arasında 260.060,92 AZN-lik müüavilə bağlanması gözlənilir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi MEHDİ FƏRZƏLİYEV MƏHƏMMƏDƏLİ oğludur.

Yerli mediada gedən məlumatlarda Xətai rayon MKTB iyun ayında da “Koneks Constructions” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur. Beləliklə, aydın olur ki, MKTB-yə yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir işləri görür.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.

Mənbə 32gun.az

Bənzər yazılar

0.16066312789917