“Bakı Müharibə Əlil və Veteranları” İctimail Birliyi Abid Qafarovu xüsusi ittiham qaydasında məhkəməyə verən qazilər barədə BƏYANAT YAYIBLAR

 03-07-2022

Bakı Müharibə Əlil və Veteranları” İctimail Birliyinin və imza atan digər qazilərin Abid Qafarovun xüsusi ittiham qaydasında məhəəməyə verilməsi barədə bəyanat yayıblar.

Həmin bəyanatı olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Bakı Birlik Təşkilatı”nın sədri və “Kaspian İnformasiya Mərkəzi”nin redaktoru Abid Qafarovun bir qrup qazi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verildiyini eşitdik, mövzunu yaxından araşdırdıq və aşağıdakı nəticəyə gəldik:

1. Şikayət ərizəsində istinad edilən müsahibəyə baxdıq və orada heç bir təhqirin olmadığını gördük. Əksinə, Abid Qafarov öz çıxışında intihara əl atan qazilərə səslənərək, onları bu işdən çəkinməyə və haqlarına görə, mübarizə aparmağı tövsiyyə edir və maarifləndirir.

 2. Abid Qafarova qarşı qaldırılan iddia ərizəsində “qazilərin təhqir olunması” fikrini qəbul etmirik! Necə ola bilər ki, biz özümüz qazi olaraq Abid Qafarovun fikirlərini təhqir hesab etmədiyimiz halda, 7 nəfər bu çıxışı özünə təhqir hesab edir?! Həmin qazilərə və xüsusilə də Ceyhun Ağayevə heç kim bütün qazilər adından danışmağa səlahiyyət verməyib və biz onların bu addımını yalnış hesab edirik! Əgər Abid Qafarovun müsahibəsində qazilərə qarşı hər hansı bir təhqir və ya böhtan olsaydı, biz də onun barəsində məhkəməyə müraciət edərdik! Bu isə belə deyil!

3. Abid Qafarov 44 günlük Vətən savaşı zamanı və ondan sonra ön cəbhədəki əsgərlərimizə və arxa cəbhədə qazi ailələrinə etdiyi yardımlara görə cəmiyyətdə “qazilərin dostu” kimi tanındığı halda, bu gün onun qazilər tərəfindən məhkəməyə verilməsini qazi institutuna bir zərbə kimi qiymətləndiririk.

4. Abid Qafarov 2017-ci ildə baş vermiş “Tərtər faciəsi”ni araşdırıb ictimailəşdirən jurnalistlərdən biridir. Burada da o, “Aprel döyüşləri”ndə iştirak etmiş və sonradan dəhşətli işgəncələrə məruz qalmış qazilərin hüquqlarını müdafiə etmişdir. Biz Abid Qafarova qarşı qaldırılmış bu iddianı “Tərtər faciəsi”nin işıqlandırılmasının qarşısının alınması cəhdi kimi qiymətləndiririk. Adları cinayətdə hallandırılan məmurların və generalların azadlıqda və vəzifə başında olduğu halda, bu cinayəti araşdıranların həbs edilməsini qətiyyətlə pisləyirik!

5. Ceyhun Ağayevin tez-tez bu mövzuda videolar yayaraq ictimai ajiotaj yaratmaq cəhdini qətiyyətlə pisləyir və qazilərin adına ləkə salacaq bu işdən əl çəkməsini ondan tələb edirik! Xalqımızın Abid Qafarov kimi bir ziyalı oğlunun şərlənərək həbs olunmasında qazi adının hallandırılmasını qətiyyətlə pisləyirik! Ceyhun Ağayevin Abid Qafarova qarşı şərləmə kampaniyasında iştirakını həm onun qazi adına həm də bizim qazi adımıza xələl gətirdiyini və bizim adımıza bir ləkə olduğunu bəyan edirik! Bunu qazi institutunun hörmətdən salınması istiqamətində atılan addım kimi dəyərləndiririk. Digər qaziləri də bu məsələdə mövqe nümayiş etdirməyə çağırırıq!

6. Abid Qafarov qazilərin hüquqlarını müdafiə etdiyi kimi, biz də bu məsələdə onun hüquqlarını müdafiə edəcəyimizi bəyan edirik!

İmzalar və tarix aşağıdadır:

 

Bənzər yazılar

0.21095609664917