Yan Nepomnyaşi vaxtından əvvəl İddiaçılar Turnirinin qalibi olub. Rusiyalı şahmatçı yarışın 13-cü turunda macarıstanlı Riçard Rapportla heç-heçə oynayıb və 9 xal toplayaraq vaxtından əvvəl qələbəsini təmin edib.
O, Maqnus Karlsenlə şahmat tacı uğrunda görüşə çıxacaq. Hərçənd, norveçli bu görüşdən imtina edə bilər.
Qeyd edək ki, Nepomnyaşi İddiaçılar Turnirini ikinci ildir ki, ardıcıl olaraq qazanır. O, artıq 2021-ci ilin sonunda şahmat tacı uğrunda görüşdə Karlsenlə qarşılaşıb və böyük hesabla (7,5:3,5) məğlub olub.
Karlsen qarşılaşmadan imtina etsə, dünya çempionu titulunu itirəcək və şahmat tacı uğrunda görüşdə Nepomnyaşi İddiaçılar Turnirinin ikincisi ilə üz-üzə gələcək. Hazırda ikinci pillədə amerikalı Hikaru Nakamura və çinli Dinq Liren qərarlaşıb.
Dünya birinciliyi uğrunda oyun 2023-cü ildə baş tutacaq. Qarşılaşmanın məkanı hələ ki seçilməyib.
Mənbə: sports.ru