Vladislav Kondratyev: “Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur”

 02-07-2022

Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur.

Bunu MillətinSəsi.info-ya açıqlamasında rusiyalı politoloq, “Kaspiyskiy Vestnik” informasiya-analitik portalının redaktoru Vladislav Kondratyev bildirib.

O, qeyd edib ki, bu dəhliz həm də Bakı-Tbilisi-Qars marşrutuna alternativdir.

“Zəngəzur dəhlizi bir az da cənuba, İranla sərhəddən və Ermənistandan keçəcək. Bu, bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. Qazaxıstan və Türkmənistan öz məhsullarının tədarükünü diversifikasiya etmək imkanı əldə edəcəklər. Daşınmalar təkcə Gürcüstandan deyil, həm də Zəngəzur dəhlizi ilə həyata keçəcək. Logistik marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rəqabət həmişə inkişafa təkan verir. Bu dəhlizdən, yeri gəlmişkən, Azərbaycan və Ermənistanla aktiv ticarət aparan İran da istifadə edə bilər”, - deyə o, bəyan edib.

Həmçinin, Kondratyev qeyd edib ki, Rusiya üçün də bu dəhliz mühüm əhəmiyyət daşıyır. Belə ki, hazırda ölkənin qərb sərhədlərində logistika imkanları xeyli mürəkkəbləşib.

Bənzər yazılar

0.24965286254883