Nazir Samir Şərifov Azərbaycan - ABŞ əməkdaşlığından DANIŞDI

 01-07-2022

“Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İki ölkə arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslanır və bu ölkələr bir çox sahədə, o cümlədən terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir”. 

MillətinSəsi.info-nun məlumatına əsasən, bunu Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.  

O bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir. 

Nazir qeyd edib ki, bu ilin noyabrında Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına hazırlıq işləri görülür.

Bənzər yazılar

0.20343923568726